İranla bağlı İƏT, BMT və digər beynəlxalq qurumara müraciət qəbul edilməlidir - Sabir Rüstəmxanlı

12:33 07.04.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Parlamenti İranın Azərbaycana, islama qarşı qarşı sərgilədiyi yanlış mövqe ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına, BMT və digər beynəlxalq qurumara müraciət qəbul edilməlidir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında İran Parlamentində Azərbaycana qarşı qəbul olunan bəyanatla bağlı müzakirələrdə deputat Sabir Rüstəmxanlı bildirib.

O, bildirib ki, İranın bu bəyanatının heç bir mənası olmayacaq.

“Buna baxmayaraq, İranda 40 milyon azərbaycanlı soydaşımız yaşayır. Onların taleyi, hüquqlarının müdafiəsi ilə bağlı Beynəlxalq  təşkilatlara müraciət olunmalı, qonşu ölkədə müsəlmanların hüquqlarının tapdanması, tarixi ədalətin bərpası ilə bağlı tələblər irəli sürülməlidir”.

“İran islamı terrorçu din kimi tandan dövlət kimi təqdim olunmalıdır”

Məlum təklif deputat Səməd Seyidov və digərləri tərəfindən müsbət dəyərləndirilib.

“İran islamı terrorçu din kimi tandan dövlət kimi təqdim olunmalıdır. İrandan didərgin düşmüş xeyli sayda insanlar var ki, bütün islam təşkilatı konfranslarında molla rejiminə qarşı mübarizə aparırlar. Onlar da bilməlidirlər ki, bu gün erməni şovinizminə qarşı mübarizə apardığımız halda, həm də molla rejiminə qarşı da etirazımızı bildiririk”-Səməd Seyidov deyib.

Siyasət rubrikasından digər xəbərlər