İşəgötürənlərdən peşə hazırlığı keçən şəxslərin işlə təmin edilməsi tələb olunacaq

13:08 29.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Peşə hazırlığının yenidən qurulması sahəsində dövlət-özəl sektorun əməkdaşlığı zamanı özəl sektor qarşısında birinci qoyacağımız tələb bizim peşə hazırlığına cəlb edəcəyimiz müdavimlərin birmənalı olaraq işlə təmin edilməsi ilə bağlı olacaq.

Hafta.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

 

M.Abbasbəyli deyib ki, bu ildən bu sahədə önəmli irəliləyiş əldə olunacaq.