“İran din adı altında özünün riyakarlığını ifadə edir. İran özünü İslam dövləti adlandırırsa, nəyə görə Azərbaycanda məscidlərimizi dağıdıb içərisində donuz saxlamaqla İslamı təhqir edən Ermənistanın yanındadır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azər Badamov bildirib.
Deputat hesab edir ki, İran parlamentinin Azərbaycanı absurd ittihamlarla qınaması daxili işlərimizə müdaxilədir.
“İran ərazilərimizdə siyasi sabitliyi pozmaq üçün radikal qruplar hazırlayır. İran İslam dəyərlərinə hörmət etmir. Bilməlidir ki, ölkəmiz müstəqildir, istənilən digər ölkələrlə öz milli maraqları müstəvisində əlaqələr qura bilər. Digər tərəfdən, İsraildə səfirlik açılmasına görə İslam dünyasını Azərbaycanı qınamağa çağırması İranın İslamdan uzaq olduğunu göstərir.