İslam Kərimovun oğlu arvadını pul üstündə döyüb

10:00 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın eks-prezidenti İslam Kərimovun oğlu Pyotr pul üstündə mübahisə etdikdən sonra həyat yoldaşını möhkəmcə döyüb.

Hafta.az-ın Ren TV-yə istinadən yazdığına görə, Rusiyanın Krasnoqorsk şəhərində baş verən hadisədə Pyotr Kərimov Daşkəndə qayıdıb oteldə qalmaq üçün həyat yoldaşından pul istəyib. “Pulum yoxdur” cavabını alan Kərimovun əsəbiləşərək həyat yoldaşını möhkəmcə əzişdirib. Aldığı həsarətlər üzündən qadın xəstəxanaya yerləşdirilib.

Polis bölməsində buraxılan Pyotr Kərimovun harasa qaçdığı bildirilir. Kərimovun həyat yoldaşı isə xəstəxanada müalicə olunur.

Xatırladaq ki, Özbəkistanın keçmiş prezidenti İslam Kərimov 2016-cı ildə beyin qanamasından vəfat edib.