İsrail Ankaraya səfir təyin etdi

18:15 19.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsrail Xarici İşlər Nazirliyinin Təyinatlar Komitəsi səfirliyin müvəqqəti işlər vəkili İrit Lillianın Türkiyəyə səfir təyin edilməsi barədə qərar qəbul edib.

Hafta.az bildirir ki, bəyanatda bu təyinatın “hökumət tərəfindən təsdiqləndiyi” vurğulanır.

Avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri bərpa etmək və səfir təyin etmək qərarına gəliblər.