İsrailin müdafiə naziri Benni Qantz ölkənin hərbi strukturlarına Livanla sərhəddə gərginliyin artmasına hazırlaşmağı tapşırıb.
Hafta.az İsrailin müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
O, həm müdafiə, həm də hücum ssenariləri daxil olmaqla müxtəlif ssenarilərə hazır olmağı əmr edib.
Oktyabrın 6-da Benni Qantz İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə Nazirliyinin baş direktoru və əməliyyatlar rəhbəri ilə vəziyyətin qiymətləndirilməsi üzrə görüş keçirib.
Livanla dəniz sərhədi ilə bağlı danışıqlar ətrafında baş verənlərlə əlaqədar görüş zamanı Gantz müdafiə strukturlarına istənilən ssenariyə hazırlaşmaq üçün göstərişlər verib.
Bundan əvvəl İsrailin keçmiş baş naziri Netanyahu Yair Lapidi Livanla dəniz sərhədi ilə bağlı razılaşmaya görə tənqid etmişdi.