Yazını böyüt
Yazını kiçilt
İsrail-Həmas müharibəsi başlayandan bəri Təl-Əvivə fasiləsiz dəstək verən ABŞ həm hərbi, həm də maliyyə cəhətdən İsrailə ciddi dəstək verib.
Ötən gecə iki ölkə arasında son illərin ən böyük hərbi razılaşması əldə olunub. Yeni razılaşma çərçivəsində Vaşinqton administrasiyası İsrailə aşağıdakıları təmin edəcək:
- 25 F-35 təyyarəsi
- 25 F-15 təyyarəsi
- 12 Apache model vertolyot
- Minlərlə hücum tüfəngi.
İsrailin yerli mediası tədarüklərin qısa müddətdə başlayacağını, ölkənin regional müharibəyə hazırlaşdığını bildirir. “Times of Israel” qəzeti ordunun İranın yeraltı nüvə obyektlərini məhv etmək üçün F-15-lər aldığını yazıb.