İsrailin “Likud” partiyasının diasporla iş üzrə naziri Amixay Şikli ABŞ-nin Fələstin dövlətini tanımaq planını tənqid edib və deyib ki, İsrail birtərəfli addımlarla amerikalıları “təhdid etməlidir”.
Hafta.az bu haqda İsrail mediasına istinadla xəbər verir.
Şikli yerli radiolardan birinə müsahibəsində 1990-cı illərdə əldə olunmuş və Fələstin muxtariyyətinin yaranmasına gətirib çıxarmış razılaşmalara istinad edərək "Əgər bu Amerikanın baxışıdırsa, biz ona müqavimət göstərməli və Oslo razılaşmalarının ləğvi kimi öz birtərəfli addımlarımızla ABŞ-ni təhdid etməliyik",- deyə bildirib.
ABŞ-nin planı ilə bağlı xəbərlərə "Dövlət düşərgəsi" partiyasından Knesset üzvü Zeyev Elkin də cavab verib.
“Olmayacaq! Fələstin dövlətinin yaradılması istənilən seçkidə qalib gələcək "HƏMAS" dövlətinin yaradılması deməkdir. Bu addım bütün ölkə üçün oktyabrın 7-də baş vermiş hadisələrin təkrarlanması riski ilə nəticələnəcək. 11 sentyabr hadisələrindən sonra heç kim ABŞ-yə öz sərhədi boyu “Əl-Qaidə” dövləti yaratmağı təklif etmədi. İsrail ictimaiyyəti bunun baş verməsinə imkan verməyəcək!”, - yəhudi deputat belə yazıb.