İsrail ordusu 1,1 milyon mülki fələstinlini köçürməyi planlaşdırır

10:10 13.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik İsrail ordusunun Qəzzadakı təxminən 1,1 milyon fələstinlini yaxın 24 saat ərzində bölgənin cənubuna köçürmək niyyətində olduğunu açıqlayıb. Dujarrik bildirib ki, İsrail ordusu bu məlumatı gecə yarısından az əvvəl Qəzzadakı Humanitar İşlər Koordinasiya və Təhlükəsizlik İdarəsinə çatdırıb.

Hafta.az-ın yazdığına görə, Dujarrik qeyd edib ki, köçürülmə əmri BMT personalına və BMT obyektlərində qalan insanlara da şamil edilir. Sözçü İsrail ordusunun bu hərəkətinin dağıdıcı nəticələr verəcəyini və ləğv edilməli olduğunu vurğulayıb.

Həmasın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə “Əqsa tufanı” adlı hücuma başlayıb. 

İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına hücum edib. Hücumlarda 1300 israillinin həyatını itirdiyi, 3300 nəfərin isə yaralandığı bildirilib.

Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 500-ü uşaq, 276-sı qadın olmaqla 1537 nəfərin həyatını itirdiyini, 6612 nəfərin isə yaralandığını açıqlayıb. İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 36 fələstinlinin öldüyü, 650 nəfərin yaralandığı bildirilib.

Siyasət rubrikasından digər xəbərlər