İsrail Prezidenti COP29-da iştirak edəcək

13:40 30.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail Prezidenti İsxak Hersoq noyabrda Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında İsraili təmsil edəcəyini bildirib.

Hafta.az "The Times of Israel" istinadən xəbər verir ki, bu barədə o, Prezident iqamətgahında İsrail nümayəndə heyəti ilə görüşündə bildirib.

O, Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında ölkəsini təmsil edəcəyini açıqlayıb.

Bildirilir ki, İsrail Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri gözlənilmir.