İsrail qüvvələri bu il 152 fələstinlini öldürüb

10:16 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin təhlükəsizlik qüvvələri tərəfindən 2023-cü ilin əvvəlindən bu yana 152 fələstinlinin öldürüldüyü bildirilir.

Hafta.az-ın yazdığına görə, Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumatda deyilir ki, yanvarın 1-dən mayın 17-dək İsrail tərəfindən öldürülən fələstinlilərin sayı 152-dir. Onlardan 33-ü Qəzza zolağında, 119-u İordan çayının qərb sahilində və İsrail həbsxanalarında həlak olub.

İsrail ötən ilin eyni dövründə 52 fələstinlini qətlə yetirib. 2022-ci ildə öldürülən fələstinlilərin ümumi sayı isə 230 nəfər olub.

İsraildə hakimiyyətə gələn yeni ifrat sağçı hökumətin siyasətləri ilə paralel olaraq İordan çayının qərb sahilində ölüm hallarının artması da diqqət çəkir.