İsraildə 2 milyon insan yoxsulluq həddinin altında yaşayır

09:32 29.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, Milli Sığorta Təşkilatı 2023-cü il üçün yoxsulluq hesabatını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, hesabatda İsraildə orta hesabla 2 milyon insanın yoxsulluq həddinin altında yaşadığı, onların təxminən 870 mini uşaq, 150 mini qoca və 950 mini işçi olduğu qeyd edilib.

Yoxsulluq həddinin 2022-ci ilə nisbətən artdığı bildirilən hesabatda ailə üzvünə düşən yoxsulluq həddinin 3100 şekelə (təxminən 835 dollar) çatdığı və bunun 2022-ci ilə nisbətən 2900 şekel (ortalama 731 dollar) olacağı paylaşılıb.

Hesabatda yoxsulluq səviyyəsinin ərəb və dindar yəhudi ailələri arasında 39 faizlə eyni qaldığı, qalan bütün kateqoriyalarda isə artdığı qeyd edilib.

İsraildəki vəziyyətlə bağlı hesabatda “İsraildə, xüsusilə də uşaqlar arasında yoxsulluq səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə ən yüksək göstəricilər arasındadır” deyilir.

Hesabatda yoxsulların təxminən yarısını təşkil edən ailələrdə yoxsulluq səviyyəsinin 2022-ci illə müqayisədə artdığı, özünüməşğulluqla məşğul olan ailədə yoxsulluğun səviyyəsinin 13,1 faizdən 13,8 faizə yüksələcəyi, maaşlı işçilər arasında isə 14,4 faizdən 14,9 faizə yüksələcəyi qeyd edilib.

Hesabatda İsraildə uşaqlar üçün yoxsulluq nisbətinin 2022-ci ildə 28 faizdən 28,2 faizə yüksəldiyi, 2022-ci ildə 15 faiz olan yaşlılar üçün yoxsulluq nisbətinin isə 12,7 faizə endiyi qeyd olunub.

İsraildə təxminən 9,1 milyonluq ölkə əhalisinin 20 faizini fələstinli ərəblər təşkil edir.