İsrailin yeni prezidenti seçildi

14:00 02.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrailin yeni prezidenti seçilib.

 

Hafta.az-ın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci prezidenti seçilib.

 

Knessetin 120 üzvündən 87-si İ. Herzoqun lehinə səs verib.

 

Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır.

 

Prezidentlik postuna iki namizəd var idi - "Əmək" partiyasının sabiq lideri İsaak Herzoq və maarifçi, sosial aktivist Miriam Peretz.

 

Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.