İstanbul anbarlarında su ehtiyyatı 50 faizdən aşağı düşüb

09:10 23.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulu su ilə təmin edən bəndlərdə qış aylarında suyun səviyyəsi 80 faizə yüksəlsə də, o vaxtdan bəri bəndlərdə suyun həcmi davamlı olaraq azalıb. Bu günə olan məlumata görə, artıq suyun səviyyəsi 49 faizə enib.

Hafta.az-ın yazdığına görə, 8 anbardan 5-də suyun səviyyəsi 50 faizdən yuxarı, 3 bənddə isə 50 faizdən aşağı düşüb.

İSKİ məlumatlarına görə, dünənə əsasən anbarlarda səviyyə belədir:

Terkosda 63,85 faiz, Elmalıda 58,33 faiz, Darlıkda 54,29 faiz, Sazlıdərədə 51,76 faiz, Ömərlidə 50,75 faiz, Büyükçəkməcədə 48,59 faiz, Papucdərədə 29,08 faiz, Strancalarda 29,02 faiz, Kazandərədə 16,81 faiz, Əlibəyköydə 16,26 faiz.