İstanbul-Bakı reysini yerinə yetirən təyyarə texniki səbəbdən hava limanına geri qayıdıb

16:13 15.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “J2-076” nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) hava limanına geri qayıtmaq qərarına gəlib.

AZAL-dan hafta.az-a bildirilib ki, təyyarə yerli vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.