İstanbulda təyyarə qəzası nəticəsində yaralı sayı artır -VİDEO-YENİLƏNİB

22:20 05.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbulda sərnişin təyyarəsinin sərt eniş etməsi nəticəsində xəsarət alanların sayı artıb.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı İstanbul şəhərinin qubernatoru Ali Yerlikaya verib.

Onun sözlərinə görə, qəzadan sonra 120 nəfər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Xatırladaq ki, "Pegasus" aviaşirkətinə məxsus təyyarə Sabiha Gökçen hava limanına sərt eniş edib və zolaqdan çıxaraq yanıb və parçalanıb.

***

İstanbulda sərnişin təyyarəsi qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, özəl aviaşirkətə məxsus təyyarə Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxaraq yanıb və parçalanıb.

Qəza nəticəsində Sabiha Gökçen aeroportu fəaliyyətini dayandırıb, uçuşlar İstanbul hava limanına yönləndirilib.

Təyyarənin İzmir-İstanbul aviareysini həyata keçirdiyi bildirilir.

Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Sərnişinlər təyyarədən təxliyə edilir. Nəqliyyat naziri Cahit Turhan bildirib ki, təyyarədə 177 sərnişin olub. Onun sözlərinə görə, qəzada ölən yoxdur. Bir neçə nəfər yaralanıb.