İstanbulun su sıxıntısı olmayacaq: Anbarlarda doluluq 80 faizi keçdi

10:29 27.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına görə, şəhərə yağan aramsız yağışlar anbarlardakı su doluluq nisbətini də artırıb.

Hafta.az-ın yazdığına görə, artıq su anbarlarında doluluq 80,03 faiz təşkil edir.

Suyun miqdarı İstirancalarda 65,45 faiz, Terkosda 82,46 faiz, Sazlıdərədə 59,35 faiz, Əlibəydə 70,49 faiz, Büyükçəkməcədə 75,84 faiz, Ömərlidə 88,95 faiz, Darlıkda 86,35 faiz, Elmalıda 89,95 faiz, Pabuçdərədə 74,67 faiz, Kazandərədə isə 75,91 faizə yüksəlib.

Şəhəri su ilə təmin edən və maksimum yığılma həcmi 868 milyon 683 min kubmetr olan bənd və gölməçələrdə suyun miqdarı 695 milyon 25 min kubmetr olaraq ölçülüb.

İSKİ-nin statistikasına görə, 23 mart tarixinə bənd doluluq nisbətləri 2016-cı ildə 87,16 faiz, 2017-ci ildə 89,63 faiz, 2018-ci ildə 89,61 faiz, 2019-cu ildə 94,11 faiz, 2020-ci ildə 63,99 faiz, 2021-ci ildə 66,84 faiz, 2022-ci ildə 88,63 faiz, 2023-cü ildə 37,02 faiz, bugünkü nisbət isə 80,03 faiz olaraq qeyd edilib.