Yazını böyüt
Yazını kiçilt
Sumqayıt şəhərində suyun verilişində məhdudiyyət yaranıb.
Hafta.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, şəhərin 18-ci mikrorayon ərazisində səhər saatlarından suyun verilişi dayandırılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, su xəttində qəza baş verib:
"Hazırda su xəttində qəzanın aradan qaldırılması istiqamətində təmir və bərpa işləri görülür. Axşama doğru işlər yekunlaşdırılacaq, daha sonra suyun verilməsi mərhələli şəkildə bərpa ediləcək"./oxu.az/