İsveçrə səfirliyindən Beynəlxalq Qış Xeyriyyə Bazarına dəvət

14:46 27.11.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsveçrənin ölkəmizdəki Səfirliyi insanları Beynəlxalq Qış Xeyriyyə Bazarına dəvət edir.

Hafta.az-ın yazdığına görə, Səfirliyin sosial səhifəsində paylaşılan məlumatda deyilir: Gəlin və rahat bir qış gününün dadını çıxarın.

Beynəlxalq Qış Xeyriyyə Bazarı ziyarətçilərinə ləzzətli İsveçrə rakleti, yox deyə bilməyəcəyiniz İsveçrə şokoladları, unikal suvenirlər və bayram hədiyyələri və sair təklif edir.

“Dostlarınızı və ailənizi gətirin və əyləncə, dadlar və xeyriyyə dolu bir günə qoşulun. Gəlin bu qışı bir yerdə daha xüsusi edək!” – Səfirlik bildirib.

Xeyriyyə Bazarı noyabrın 29-da, saat 12:00-17:00 aarsında Kapellhausda keçiriləcək.