Milan yaxınlığındakı Pioltelloda yerləşən və Pakistanda uşaq əməyinə qarşı mübarizə aparan xristian pakistanlı İqbal Məsihin adını daşıyan ibtidai məktəbin rəhbərliyi Lombardiyadan bayramın ilk gününün ləğvi qərarını yenidən nəzərdən keçirməyi xahiş edib.
Hafta.az-ın yazdığına görə, məktəb rəhbərliyi dünən axşam Ramazan bayramının ilk gününün bayram elan olunması qərarını yenidən müzakirə edib təsdiqləyərkən, bu gün verdiyi açıqlamada “onların bu seçiminə hörmət göstərmək” çağırışı da edib.
Digər tərəfdən, bu dövrdə məktəb rəhbərliyinin xüsusilə ifrat sağçı dairələrin təhdidlərinə məruz qaldığı bildirilib.
İqbal Məsih İbtidai Məktəbinin rəhbərliyi bildirib ki, tədris ilinin əvvəlində məktəbdəki 1200 şagirdin təxminən 40 faizi müsəlmandır və onlar dərsə gəlməyəcəkləri üçün builki Ramazan bayramının ilk günü bayram elan edilib.
Lombardiya Bölgəsindəki ibtidai məktəblərə cavabdeh olan bölmə bu qərarın qeyri-qanuni olduğunu bildirib.