İtkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq

11:10 25.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.

Dövlət Komissiyasından verilən məlumata görə, sentyabrın 26-da daha iki itkin-şəhid torpağa tapşırılacaq.

Belə ki, Vaqif Sərdar oğlu Alıyev Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında, Mirzəli Müslət oğlu Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.