İtkin düşən 13 yaşlı qızı əmisi qaçırıbmış

16:46 21.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda 13 yaşlı qardaşı qızını qaçırıb zorlayan şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin qızı N.M. və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.

Polis əməkdaşları tərəfindən bütün mümkün ehtimallar nəzərdən keçirilib və E.Mustafayevin qardaşı qızı N.M.-nı Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

 

Qeyd edək ki, N.M. 2008-ci il təvəllüdlüdür. E.Mustafayevin yaşı isə 40-dan çoxdur.