İtkin düşən 4 nəfər tapılaraq ailəsinə təhvil verilib

12:28 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-8 tarixlərində 51 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən hafta.az-a bildirilib ki, onlardan 17-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 7, narkotiklərlə əlaqəli 14, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində 19 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 24 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.