Azərbaycan-Ermənistan şərti sərhəddində tez-tez hava şəraiti ilə bağlı ermənilərin ərazilərimizə keçdiyinin və onların humanizm prinsipi əsas tutularaq geri qaytarıldığının şahidi oluruq.
Bu dəfə Azərbaycan ordusunun iki hərbi qulluqçusu eyni vəziyyətlə üzləşib. Lakin bu məsələdə erməni məkri özünü yenidən büruzə verməkdədir.
Hafta.az bildirir ki, Ermənistan parlamentinin keçmiş üzvü Naira Zöhrabyan “Azərbaycan əsgərinin bütün erməni hərbi əsirlərlə dəyişdirilməsi” tələbi ilə hökumət binası yaxınlığında etiraz aksiyası keçirməyə çağırıb.
Zohrabyan “hərbi əsirlərin” valideynlərini hökumət binası yaxınlığında etiraz aksiyası keçirməyə, “yatmış müxalifəti” isə onlara dəstək olmağa çağırıb. O vurğulayıb ki, “Azərbaycan tərəfinə ultimatum şəklində bildirilməlidir ki, bu hərbçilər müstəsna olaraq bütün “erməni hərbi əsir”lə dəyişdirilə bilər”.