İtkin düşən Vətən müharibəsi şəhidi dəfn olunub

22:30 19.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Hafta.az-ın məlumatına görə, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

Allah rəhmət eləsin!