Jurnalist İdrak Camalbəyli dəfn olundu 

13:54 02.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəyli dəfn olunub.

Hafta.az-ın məlumatına görə, dəfndə mərhumun ailə üzvləri, yaxınları və Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib.

Mərhum jurnalist Masazır kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.