Jurnalist prezidenti məhkəməyə verməyə hazırlaşır

09:42 17.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin Buenos-Ayresdəki səfirinin Argentina hökumətinin iclasında iştirakını tənqid edən jurnalist Xorxe Lanata, prezident Xavyer Milei ona qarşı "şiddi" ifadələr işlətdiyi səbəbiylə məhkəməyə verəcəyini bildirib.

Hafta.az-ın yazdığına görə, İranın İsrailə hava hücumundan sonra kabinetini "təcili" kodu ilə toplayan Milei, İsrailin Buenos-Ayresdəki səfiri Eyal Selanı görüşə dəvət edib və bu, ölkədə mübahisələrə səbəb olub.

Argentinanın məşhur jurnalistlərindən olan Xorxe Lanata İsrail səfirinin kabinet iclasına dəvətini tənqid edərək, "Mileinin İsraildən narahat olmasını yaxşı görürəm, çünki bu onun xarici siyasətidir. Ancaq bu, yaxşı hesab etmədiyim şeydir. İsrail və ya Belçikadan olan xarici səfirin "Argentinadakı kabinet iclasına qatılmasını uyğun görmürəm" deyib.

Milei Lanatanın sözlərinə cavab olaraq sosial media hesabından "Jorgito, yalan danışma. Səfir görüşdə İsrailin rəsmi mövqeyini izah edərək getdi və rəsmi yığıncaq sonra başladı” yazıb.

Mileinin buna görə məhkəməyə verəcəyini bildirən Lanata, "Bu vəziyyəti vəkilimlə təhlil edəcəyik, bir nəticəyə gəlsək, böhtan və təhqirə görə prezidenti məhkəməyə verəcəm. O, təhqir etməyi özünə adət edib. Biz məhkəmədə prezidentlə görüşəcəyik” deyib.

Prezidentlik qazandıqdan sonra tez-tez jurnalistlərlə qarşılaşan Milei Argentina Jurnalistika Təşkilatları Assosiasiyası (ADEPA) və Argentina Jurnalistika Forumu (FOPEA) əleyhinə "sərt" ifadələr işlədib.

Digər tərəfdən, İsrailin Buenos-Ayresdəki səfiri Sela Mileiyə təşəkkür edərək, "Argentina tarixin doğru tərəfində dayanıb və İranı açıq şəkildə qınayıb" deyib.

Prezidentin sözçüsü Manuel Adorni də mətbuata açıqlamasında İsrail dövlətinin suverenliyini “ən güclü” şəkildə müdafiə etdiklərini və İranın hava hücumunu pislədiklərini bildirib.

İsrail səfirinin aprelin 14-də Nazirlər Kabinetinin iclasına dəvəti ölkədə bəziləri tərəfindən tənqid edilib.

Oxunma sayı 29