Yazını böyüt
Yazını kiçilt
Tanınmış jurnalist, "İstiqlal.az" saytının rəhbəri Qadir İbrahimli vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə onun müalicə olunduğu Respublika Kliniki Xəstəxanasından bildirilib.
Mərhumun dostu Niyaz Niftiyev deyib ki, Q.İbrahimlinin nəşi doğulduğu Lənkəran şəhərinə aparılacaq.
Xatırladaq ki, Q.İbrahimli mayın 18-də qaraciyər serrozu diaqnozu ilə Respubılika Kliniki Xəstəxanasına yerləşdirilmişdi. O, həm də şəkər xəstəliyindən əziyyət çəkirdi.
Mərhum jurnalistin bir qız və bir oğul övladı yadigar qalıb.
Allah rəhmət eləsin.