Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

13:00 19.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Jurnalist Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb.

Hafta.az-ın məlumatına görə, dünən axşam saatlarında onun səhhəti qəfil pisləşib və o, Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Əsasən, şəkər xəstəliyi və qaraciyər sirrozundan əziyyət çəkən jurnalist komatoz vəziyyətində Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda jurnalistin vəziyyəti ağır qiymətləndirilir.

Oxunma sayı 59