Kabildə məsciddə partlayış: 6 yaralı

15:51 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanın paytaxtı Kabil şəhərinin ən böyük Xaşti məscidində partlayış törədilib.

Hafta.az xəbər verir ki, Taliban hərəkatının təhlükəsizlik məsələləri üzrə komandanlığı məlumatı təsdiq edib. Qeyd olunub ki, günorta namazında məscidə atılan əl qumbarasının partlaması nəticəsində 6 nəfər yaralanıb.

Taliban hərəkatının təhlükəsizlik komandanlığı araşdırma aparır.