Kadırov açıqladı - HƏDƏFDƏ BU ŞƏHƏRLƏR VAR

12:18 11.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya hücumlarının ilk günündən bu yana Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini bildirən Çeçenistan prezidenti Ramazan Kadırov yeni açıqlamaları ilə gündəmə gəlib. Kadırov Ukraynada hərbi əməliyyatların keçiriləcəyi şəhərləri açıqlayıb.

Hafta.az xəbər verir ki, Rusiya Federasiyasının Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramazan Kadırov bildirib ki, Rusiya təkcə Mayrupol deyil, həm də paytaxt Kiyev və Ukraynanın digər şəhərlərinə qarşı hərbi əməliyyatlara başlayacaq.

Ramazan Kadırov Telegram hesabına yüklədiyi videoda Ukraynanın şərqindəki Luqansk və Donetsk vilayətlərini “tamamilə azad edəcəklərini”, sonra isə Kiyevi və digər şəhərləri ələ keçirəcəklərini bildirib.
Ukrayna baş nazirinin müavini İrina Vereşuk da ukraynalı siyasətçilərə müraciət edərək, “Müharibə düşündüyümüzdən daha uzun və çətin ola bilər” deyib.