Kadırov Çeçenistanda toy adətlərini dəyişdi

09:10 29.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan prezidenti Ramzan Kadırovun əmri ilə muxtar respublikada “təvazökar toy normaları” müəyyən edilib. Çeçenistan Müsəlmanları Ruhani İdarəsi “Toy şənlikləri üçün zəruri normalar” adlı sirkulyar dərc edərək onun icrasını tapşırıb.

Hafta.az-ın yazdığına görə, buna əsasən, toy zamanı cütlüklərə avtomobil, mənzil, xəz kimi bahalı hədiyyələr vermək qadağandır.

Müfti bunların gərəksiz və israfçı hədiyyələr olduğunu, İslama və çeçen adətlərinə uyğun gəlmədiyinə qərar verib. Sirkulyarda deyilir ki, çeçen adət-ənənələrinə görə gəlin üçün 50 min rublluq başlıq pulu, həmçinin çay, qənd və ya qoç kimi hədiyyələr cehiz kimi məqbul sayılır.

Bununla belə, başlıq pulunun “tələb əsasında” razılaşma yolu ilə və yenə də “ənənəyə uyğun olaraq” müəyyən edilməsi məqsədəuyğun sayılır.

Yeni qaydalar bəyə, qayınataya, qayınanaya və başqalarına bahalı hədiyyələrin verilməsini qadağan edir. Gəlinin qohumlarına baş çəkən bəyin valideynlərinə də xəbərdarlıq edilir ki, çeçen cəmiyyətində çoxdan mövcud olan normalara hörmət etsinlər, lakin bahalı hədiyyələrdən çəkinsinlər.

“İslam və çeçen adətlərinə uyğun gəlməyən hər hansı ekstremizm, məsələn, brilyant üzüklər, kürklər, məişət texnikası, mənzillər, avtomobillər və sair kimi bahalı hədiyyələr qəti qadağandır”, - sənəddə deyilir.

Avqustun ortalarında Kadırov dinə və milli adət-ənənələrə zidd olan və qanunun xərclərini artıran “ekstremistliyə çevrilmiş yenilikləri” tənqid etmişdi.