Kadırov Rusiyanın Rekordlar Kitabına düşüb

19:53 05.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Çeçenistan rəhbəri Ramzan Kadırova dünyada ən çox sanksiya tətbiq edilən şəxs kimi rekordlar kitabına daxil edilməsi haqqında sertifikat təqdim edilib. Hafta.az bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb.

Rusiya Federasiyasının Rekordlar Kitabının baş redaktoru Stanislav Konenkonun Kadırova sənədin təqdimatı zamanı dediyi kimi, oktyabrın 3-də Dünya Rekordlar Klubunun redaksiyasına rekordlar üçün müraciətlər daxil olub ki, onlar öyrənib bir nəticə çıxarıblar.

“Rekord dünyada bir şəxsə tətbiq edilən ən çox şəxsi sanksiyalardır. 15 sanksiya nəticəsində Ramzan Axmatoviç Kadırovu rekordçu elan edirəm”, - Konenko bildirib.

Bundan əlavə, Çeçenistan rəhbəri daha bir rekord qırıb: dünyada bir şəxsə, onun qohumlarına və yaxınlarına tətbiq edilən ən çox sanksiya. Ümumilikdə ona və yaxınlarına qarşı 68 sanksiya tətbiq edilib.

Agentlik qeyd edir ki, Kadırov həmçinin Dünya Rekordlar Klubunun qızıl medalına layiq görülüb.
Mərasim zamanı Çeçenistan rəhbəri bu nailiyyətdən qürur duyduğunu bildirib. Bundan əvvəl, oktyabrın 5-də Ramzan Kadırov general-polkovnik rütbəsi aldığını açıqlamışdı.