Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında bildirib ki, yaşın az olması hərbi təlimlərə mane olmamalıdır. Onun sözlərinə görə, 16, 15 və 14 yaşlı oğulları Axmat, Zəlimxan və Adəm “əsl döyüşdə özlərini göstərməyin vaxtı çatıb”.
Hafta.az bildirir ki, onların hərbi hazırlığı kiçik yaşlarından başlayıb, Kadırov izah edib və əlavə edib ki, “tezliklə onlar cəbhə xəttinə gedəcək və təmas xəttinin ən çətin hissələrində olacaqlar”. “Mən həmişə hesab etmişəm ki, hər bir atanın əsas məqsədi oğullarına Allah qorxusu aşılamaq və onlara ailəni, xalqı, Vətəni necə qorumağı öyrətməkdir”, - Kadırov əlavə edib.
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kadırovun digər region rəhbərləri kimi "xüsusi əməliyyatın" gedişi ilə bağlı fikir bildirmək hüququ var, lakin “emosiyaları istisna etmək lazımdır”.