Kamran Bayramov: Qazaxın 4 kəndinin qaytarılması delimitasiyasının bünövrəsini qoydu”

11:41 23.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu proses göstərdi ki, Qərb vasitəçiləri prosesə müdaxilə etmədikcə regionda mübahisəli məsələlər daha tez həllini tapir”

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamran Bayramov bildirib.

Deputat qeyd edib ki, Azərbaycan-Ermənistan komissayalarının əldə etdiyi razılığa əsasən 4 kəndin qaytarılması ölkə Prezidentinin uğurlu siyasətinin nəticəsidir.

“Qərb, Avropa delimitasiyaya qarşı təzyiqlər göstərib, qarşısını almağa çalışsa da, cənab Prezident bütün təzyiqlərə qarşı qətiyyətli iradəsini ortaya qoydu”.

Siyasət rubrikasından digər xəbərlər