Kanadada adamları ilanla hədələyən şəxs həbs olundu

13:23 15.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kanadada bir kişi canlı ilanla savaşdığı şəxsə hücum edib. Laurenio Avila adlı təcavüzkar polis tərəfindən tutularaq həbsxanaya salınıb.

Hafta.az-ın “Global News”a istinadən yazdığına görə, Torontoda baş verən hadisədə bir adamın insanları piton ilanla hədələməsi xəbərini eşidən polis qrupları hadisə yerinə gedib.

“CTV News” telekanalının məlumatına görə, Avila ilanla qurbana yaxınlaşanda ikisi arasında dava başlayıb. Avila daha sonra qurbanı pitonla vurub.

Hadisə yerinə gələn polis qrupları 45 yaşlı təcavüzkarı saxlayıb. Avila silahla hücum və heyvana qarşı amansız rəftarda ittiham olunub.

Səlahiyyətlilər ilanın hücum zamanı sağ olduğunu, lakin sonradan öldüyünü bildirib.

Zərərçəkənin yüngül xəsarət aldığı bildirilib.