Yazını böyüt
Yazını kiçilt
Keçən həftə Ekvadorda televiziya studiyasına edilən basqının araşdırılmasına cavabdeh olan prokuror Sezar Zuarez öldürülüb. Ekvadorun baş prokuroru Diana Salazar Zuaresin Quayakildə güllələnərək öldürüldüyünü açıqlayıb.
Salazar X (keçmiş Twitter) platformasında verdiyi açıqlamada, “Mütəşəkkil cinayətkarlıqla mübarizədə bir həmkarı itirdiyimiz üçün kədərlənməmək mümkün deyil. Biz onun adı ilə, ölkə adına, ədalət naminə möhkəm dayanacağıq. İşiniz üçün təşəkkür edirik Sezar. "Rahat yat".
Suarez ölümündən bir gün əvvəl El Universo qəzetinə verdiyi açıqlamada televiziya basqından sonra saxlanılan
13 nəfəri sorğu-sual etsə də, ona polis tərəfindən müdafiə verilmədiyini bildirib. Suaresin qətlinin basqınla bağlı olub-olmadığı hələlik məlum deyil.