Keçmiş məhkumdan narkotik vasitə götürülüb

12:58 07.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabul polisi narkotik vasitələri qanunsuz saxlayan və əldə edən şəxsləri saxlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri çərçivəsində əvvəllər cinayət məcəlləsinin 234.2 maddəsi ilə məhkum olunan Hacıqabul şəhər sakini, 1964-cü il təvəllüdlü Maşıyev Vaqif Ağasadıq oğlunu üzərində narkotik vasitə olması ehtimalı ilə saxlayıb.

Onun üzərinə baxış zamanı ondan 42 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı Hacıqabul sakini, 1956-cı il təvəllüdlü Abuşov İlyas Baxış oğlu narkotik vasitə saxlanması ehtimalı saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı ondan narkotik vasitə olan 65 qram qurudulmuş marixuana götürülüb.

Hər iki faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.

Oxunma sayı 1486