Cənubi Koreyanın keçmiş prezidenti Çun Du-hvanın nəvəsi Çun Vu-von İnstaqram hesabında bir sıra videolar paylaşaraq, babasının “qatil və cinayətkar” olduğunu bildirib.
Hafta.az-ın “Straits Times”a istinadən yazdığına görə, çəkdiyi videolarla ailəsinin törətdiyi cinayətlərə işıq salmaq istədiyini deyən Çun, "Babamın qatil olduğunu düşünürəm. O, ölkəsini müdafiə edən qəhrəman deyil, daha çox cinayətkardır" deyib.
Ailəsinin "çirkli pullar" xərclədiyini deyən nəvə Çun, "Atam və ögey anam həyatlarını davam etdirmək üçün mənşəyi məlum olmayan pullar xərcləyirlər. Atam da Cənubi Koreyada cinayətlərini gizlətmək və ABŞ vətəndaşlığını almaq üçün saxta sənədlər düzəldib” deyən nəvə əlavə edib ki, atası Cənubi Koreyada xristianlığın ən böyük təbliğçilərindən biri olub.
Videoları yüz minlərlə dəfə izlənilən Çun, əmisinin Napa vadisində şərab zavodu işlətdiyini xatırladaraq, "Şərabçılıq işi astronomik pulu olmayan biri üçün iş deyil. Buradan “çirkli pul” iyi gəlir" deyib.
Kimliyini sübut etmək üçün Çun Voo-von sürücülük vəsiqəsini, Koreya rezidentlik sənədlərini və uşaq vaxtı babası ilə çəkdirdiyi şəkilləri paylaşıb.
1996-cı il təvəllüdlü Çun Voo-von həyatını günahlardan və ağrılardan təmizləmək istədiyini bildirərək, ailəsinin yəqin ki, onun ruhi xəstə olduğunu deyəcəyini bildirib. Çun 2022-ci ildə ona depressiya, diqqət çatışmazlığı və hiperaktivlik diaqnozu qoyulduğunu, lakin bu vaxt müalicə olunduğunu bildirib.
Çun narkotik və ya seksual xarakterli cinayətlər törətdiyini iddia etdiyi tanışlarının adlarını, şəkillərini və sosial media hesablarını da paylaşıb. Çunun bəzi paylaşımları sonradan silinib.
Cənubi Koreyada gündəmi yaradan yazılardan sonra “Chosun Ilbo” qəzetinə açıqlama verən ata Çun Çje Yon oğluna ruhi xəstəlik diaqnozu qoyulduğunu və ona baxa bilməməsinin onun günahı olduğunu bildirib.
Oğlunun dərin depressiyaya düşdüyünü deyən ata Çun, 27 yaşlı Vu-vonun bazar ertəsi qəfil dəyişənə qədər yaxşı olduğunu söyləyib. Ata Çun, oğlunun bazar ertəsindən sonra özünü "şeytan" kimi təsvir etdiyini deyib.
Çun Çje-yon həmçinin oğlunun İnstaqramd-a adlarını paylaşanlardan üzr istəmək istədiyini bildirib.
Cənubi Koreyanı 1980-1988-ci illərdə idarə edən hərbi diktator Çun Du-hvan 1980-ci ildə yüzlərlə insanın öldürüldüyü Kvanqju qətliamındakı roluna görə edam cəzasına məhkum edilib. Amma bu cəza sonradan əfv olunub.
Çun Doo-hvan sonrakı dövrdə rüşvətxorluğa görə 220,5 milyard von (228 milyon dollar) cərimə olunsa da, bu cərimənin 95,6 milyard vonu heç vaxt ödənilməyib.