Kəlbəcərin İstisu qəsəbəsi layihələndiriləcək

18:21 12.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcər rayonunun İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılır.

Hafta.az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, dövlət xidməti sözügedən işlərin icrasını "Kooplayihə-AHB" firmasına həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 836 620 manat ödənilib.

İstisu qəsəbəsini layihələndirəcək şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 min manat olan şirkətin qanuni təmsilçisi Xəlilov Hüseyn Artıx oğludur.