Müğənni Rəqsanə İsmayılovanin təmtəraqlı ad günü məclisindən daha bir video sosial şəbəkələrdə yayılıb.
Hafta.az xəbər verir ki, görüntülərdə sənətçinin həmkarı Nüşabə Musayeva ilə birlikdə rəqs etdiyi anlar əks olunub. Məclisdə səslənən musiqinin sədaları altında şıdırğı rəqs edən ifaçıların səmimi görüntüləri qonaqların da diqqətini cəlb edib.
Yayılan video qısa müddətdə sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub. İzləyicilər xüsusilə iki sənətçinin enerjili rəqsini və əyləncəli anlarını müzakirə ediblər.
Paylaşım çoxsaylı baxış və şərh toplayaraq gündəmə çevrilib. Bəzi istifadəçilər sənətçilərin yüksək əhval-ruhiyyəsini təqdir edərkən, digərləri rəqs performansları ilə bağlı fikirlərini bölüşüblər.
Maraqla qarşılanan görüntülər Rəqsanə İsmayılovanın ad günü məclisindən ən çox müzakirə olunan kadrlar sırasında yer alıb.