Kəmaləddin Heydərov polkovniki yeni vəzifəyə TƏYİN ETDİ

11:54 27.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin sabiq rəisi, polkovnik Vüqar İsmayılova yeni vəzifə verilib.

Hafta.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Vüqar İsmayılov Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin şöbə rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, polkovniki Vüqar İsmayılov bir neçə ay Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə çalışıb.