“Kendal Erməni” ləqəbli terrorçu məhv edilib

12:49 24.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalında PKK-YPG terror təşkilatına qarşı daha bir uğurlu əməliyyat keçirib.

Hafta.az xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının həyata keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində “Kendal Erməni” ləqəbli terrorçu Şahin Tekintanğac məhv edilib.

Bildirilir ki, əvvəllər Ağrı, Qars, Van, Bingöl və Bitlis bölgələrində terrorçuluq fəaliyyəti ilə məşğul olan “Kendal Erməni”nin yerləşdiyi məkan təsbit edilib və o, MİT tərəfindən dəqiq atəşlə zərərsizləşdirilib.

Türkiyəyə qarşı bir sıra ağır terror aktları törədən “Kendal Erməni” PKK-YPG terror təşkilatının Kobani üzrə aparıcı şəxslərindən biri olub.