“Dünən Baş nazir Paşinyanla görüşdə Tavuşun kənd başçılarına heç nə dəyişməyəcəyini, daha da pis olacağını, yəni torpaqların tam təslim ediləcəyini, bunun tədricən, lakin çox tez, bir neçə gün və ya həftələr ərzində ediləcəyini bildirib”.
Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, bu barədə jurnalistlərə Demokratik Konsolidasiya Partiyasının sədri, politoloq Suren Petrosyan danıb.
“Hakimiyyət hamını fakt qarşısında qoymağa çalışır, adamları təşkilatlanmaq və ya hərəkətə keçmək üçün vaxtdan məhrum edir, lakin bir neçə gün gözləyin və kimin kimi fakt qarşısında qoyacağını görəcəksiniz”, deyə Petrosyan bildirib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə dövlət komissiyaları SSRİ-nin dağıldığı dövrdə iki ölkənin sərhədinin onun şimal hissəsindəki xətt üzrə razılaşdırılması barədə razılığa gəliblər. Razılaşmalar nəticəsində dörd kənd Azərbaycanın nəzarətinə keçəcək.