“Kəpəz” gürcüstanlı futbolçu transfer edib

21:42 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə güclənib.

Klubdan hafta.az-a bildirilib ki, gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.