Kerem Aktürkoğlunu "Fənərbağça"ya bu şərtlə SATACAQ

15:25 08.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Benfika" Kerem Aktürkoğlunun "Fənərbağça"ya gedişinə yalnız bir şərtlə icazə verəcək.

Hafta.az xəbər verir ki, "sarı-lacivərdlər" "Feyenoord" səddini keçməsələr, o zaman bu keçid baş tutacaq.

Bu barədə Portuqaliyalının "O Jogo" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Fənərbağça" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında "Feyenoord"a 1:2 hesabı ilə məğlub olub. Cavab oyunu avqustun 12-də İstanbulda oynanılacaq.

Türkiyə nəhəngi bu mərhələni keçə bilsə, pley-offda "Benfika" ilə qarşılaşa bilər. Lissabon təmsilçisi ilk oyunda səfərdə "Nitsa"nı 2:0 hesabı ilə məğlub etməyi bacarıb.