Keşiş Baqrat Robert Köçəryanla harada və necə görüşməsindən danışdı  

14:50 10.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qazax rayonunun məlum  4 kəndinin Azərbaycana qaytarılmasına etiraz edən erməni kütləsinin İrəvana yürüşünü təşçkil edən və hazırda şəhərin Respublika meydanında mitinq keçirən Ermənistanın Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop, revanşist,irqçi xislətli keşiş Baqrat Qalstanyan bu gün bildirib ki, Robert Köçəryanla həyatında cəmi bir dəfə görüşüb.

Hafta.az xəbr verir ki, bu haqda “Aysor” nəşri məlumat yayıb.

“Mən 2001-ci ildə Sevan yarımadasında görüşdüm, o, patriarx həzrətləri ilə "Vazgenyan" seminariyasına gələndə biz cəmi 5 dəqiqə söhbət etdik”, - deyə keşiş jurnalistlərə bildirib.

O qeyd edib ki, görüşlərini gizlətmək üçün problemi yoxdur.

Arxiyepiskop qeyd edib ki, Köçəryanla baş nazirliyə namizədlik məsələsini danışmayıb və müzakirə etməyib.

Jurnalistin Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın adının müzakirə olunub-olunmaması ilə bağlı sualına arxiyepiskop “ola bilsin” cavabını verib.

“Hər şey mümkündür, insanlar mənim adımı da müzakirə edirlər. Mənim 2 prinsipim var, onlar haqqında sonra danışacağam, Tanrının izni ilə, qoy hər şey düzəlsin, qalanını sonra deyəcəyəm”, - deyə revanşist keşiş əlavə edib.

Siyasət rubrikasından digər xəbərlər