Kəşmirdə Hindistanın üç əsgəri həlak olub

10:07 07.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın Cammu və Kəşmir bölgəsində üç hind əsgəri silahlı qruplar tərəfindən öldürülüb.

Hafta.az-ın yazdığına görə, Hindistan ordusu Kəşmirin xüsusi statusunun ləğvinin 4-cü ildönümündə bölgədə təhlükəsizlik tədbirlərini artırıb. Bu çərçivədə Hindistan qüvvələri cümə günü axşam saatlarında Kulqam bölgəsinin meşəlik ərazilərində silahlı müxalifət qruplarına qarşı əməliyyat keçirib. Basqınlardan sonra Hindistan əsgərləri ilə silahlı qruplar arasında qarşıdurma baş verib. 

Qarşıdurmada 3 Hindistan əsgərinin həlak olduğu açıqlanıb.

Yerli mənbələr Hindistan administrasiyasının ölən əsgərlərin sayını gizlətdiyini və Hindistan ordusunun sıralarında can itkisinin daha çox ola biləcəyini bildirir.

Mənbələrin bildirdiyinə görə, hindistanlı əsgərlərin pusquya salındığı hadisəni Kəşmir müsəlmanlarının yaratdığı “Xalq Antifaşist Cəbhəsi” adlı silahlı qrup təşkil etmiş ola bilər.
Digər tərəfdən, 3 Hindistan əsgərinin ölümündən sonra bölgədə təhlükəsizlik tədbirləri artırılıb.