Kibritlə oynayan uşaq yandı

19:25 22.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kemerovoda yeddi yaşlı uşaq xəsarət alıb. Hafta.az bildirir ki, bu barədə vse42.ru regionun Səhiyyə Nazirliyindəki mənbəyə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, yeddi yaşlı uşaq böyüklərin nəzarəti olmadan qalıb. O, benzin qabı və kibrit tapıb. Oğlan kibritlə benzinə od vurub və yanıb.

Uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər xəstəyə bədəninin 50%-nin yanıq diaqnozu qoyublar.
Uşaq dərisini bərpa etmək üçün bir neçə əməliyyat keçirib. Hazırda oğlanın vəziyyəti yaxşılaşıb.

Oxunma sayı 1559