Yazını böyüt
Yazını kiçilt
Şimali Koreya lideri Kim Çen In BMT Təhlükəsizlik Şurasının dəbdəbəli mallara qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün şəxsi avtomobilini Maybach markalı avtomobilə dəyişib. Bu barədə SBS məlumat yayıb.
Bu avtomobillə Şimali Koreya lideri Pxenyanda keçirilən Ümumrespublika Analar Konqresinə gəlib. “Diqqətlə baxsanız, arxa qapıda Maybach brendini və baqajda S650 hərfini görə bilərsiniz. Görünür, bu, 2019-cu ildə buraxılmış yeni Mercedes-Maybach avtomobilidir”, - materialda deyilir.
Kim Çen Inın sentyabrda Rusiyaya səfəri zamanı köhnə avtomobilindən istifadə etdiyi məlum olub.